Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub
Far.Az xəbər saytı

Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub


Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəyan vurması nəticəsində tələf olub və onlara külli miqdarda ziyan dəyib:

"Elektrik dirəkləri bərbad vəziyyətdədir. Örüş sahəsində iki heyvanımı elektrik cərəyanı vurub, 10 min manat ziyana düşmüşəm. Müraciət etmədiyim yer qalmayıb".

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, Davradibi və Dico kəndlərinin 10 kilovoltluq hava xəttində 2025-2026-cı illərdə 39 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib:

"4 350 metr zədələnmiş naqil yenilənib, 1 000 metr məsafədə zədələnmiş naqillər dəyişdirilib, boşalmış naqillər tarımlaşdırılıb və 2.5 kilometr məsafədə budama işləri aparılıb.

Həmçinin iyul və avqust aylarında 21 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib, 3000 metr zədələnmiş naqil yenilənib və 0.8 kilometr məsafədə budama işləri aparılıb".

Qurumun məlumatına görə, hazırda həmin xəttdə əsaslı təmir işləri davam etdirilir.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Daha bir kəndə AYI HÜCUMU - Mal-qara tələf oldu
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər