AQİF Qırğızıstandakı yeni layihələrə 60 milyon dollar yönəltməyə hazırdır
Far.Az xəbər saytı

AQİF Qırğızıstandakı yeni layihələrə 60 milyon dollar yönəltməyə hazırdır


Hazırda Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun (AQİF) portfelində müxtəlif baxılma mərhələlərində olan 29 layihə var.

Bunu "Report"a müsahibəsində AQİF-in İdarə Heyətinin həmsədri İqbal Babayev bildirib.

"Bu layihələrin ümumi dəyəri təxminən 200 milyon ABŞ dolları təşkil edir. Fondun kapitalda iştirakı formasında tələb olunan maliyyələşmə məbləği isə təqribən 60 milyon ABŞ dolları təşkil edir", - İ.Babayev qeyd edib.

Onun sözlərinə görə, portfelin həyata keçirilməsi 650-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

"Nəzərdən keçirilən portfelin strukturunda 26 % emal sənayesinin, 23 % aqrar-sənaye kompleksinin, 16 % enerji sektorunun, qalan 35 % isə iqtisadiyyatın digər sahələrinin payına düşür", – Fondun həmsədri əlavə edib.

İ.Babayev vurğulayıb ki, hazırda 11 layihə həyata keçirilmə və idarəetmə mərhələsindədir. Bu layihələrin ümumi dəyəri təxminən 76,7 milyon ABŞ dolları təşkil edir ki, bunun da təqribən 24,9 milyon dolları və ya 32 %-ə qədəri Fondun iştirak payıdır.

O xatırladıb ki, bu yaxınlarda Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Fondun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına qədər artırılmasına dair qərar qəbul edilib.

"Şübhəsiz ki, kapitalın artırılması AQİF-in yeni investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Fondun kapitalı nə qədər çox olarsa, biz bir o qədər çox layihəni, o cümlədən irimiqyaslı və potensial olaraq sistemli layihələri nəzərdən keçirə və maliyyələşdirə bilərik", - həmsədr bildirib.

Müsahibənin tam mətni ilə bu linkvasitəsilə tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər