Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq
Far.Az xəbər saytı

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Elmi Konsorsiuma qoşulacaq.

"Far.Az" Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə AMEA-nın prezidenti İsa Həbibbəyli Qazaxıstan səfiri Alim Bayel ilə görüşdə bildirib.

Tərəflər iki ölkə arasında elmi əməkdaşlığın inkişafını, həmçinin türk dünyası çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. İ. Həbibbəyli Qazaxıstan Prezidenti yanında Milli Elmlər Akademiyası ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu ifadə edib.

Görüş zamanı Bayel bu ilin may ayında keçirilmiş "Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, kimlik" adlı beynəlxalq simpozium barədə danışıb, iştiraklarına görə azərbaycanlı alimlərə təşəkkürünü bildirib.

Simpoziumda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Qızıl Ordanın varisi olduğunu vurğulayıb və bu tarixi dövlətin irsinin hərtərəfli öyrənilməsinə çağırıb.

Bu kontekstdə Bayel konsorsiumun həmtəsisçisi kimi çıxış etməsi üçün Qazaxıstanın dəvətini Azərbaycana çatdırıb. AMEA prezidenti təşəbbüsün tarixi əhəmiyyətini qeyd edib və akademiyanın konsorsiuma üzv olacağını, onun işində fəal iştirak edəcəyini bildirib.

Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Elmi Konsorsiumun strateji məqsədi - türk xalqlarının və Böyük Çöl sivilizasiyasının tarixinin və mədəniyyətinin, eləcə də onların dövlətçiliyin və diplomatiyanın inkişafındakı rolunun kompleks şəkildə tədqiq edilməsi üçün beynəlxalq platformanın yaradılmasıdır.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər