Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib
Far.Az xəbər saytı

Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib


Ağsu aşırımında baş verən sürüşmə avtomobil yoluna da təsirsiz ötüşməyib.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, yolun 147 və 149-cu kilometrində baş verən sürüşmə asfalt örtüyünün dağılmasına, iri çatların və yarğanların yaranmasına səbəb olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarətində olan yolun bu hissəsində təmir-bərpa işləri aparılsa da, təkrar sürüşmə yolun dağılmasına səbəb olub. Hazırda sürüşmə səbəbindən yolun təxminən 15 metrlik hissəsinin bir zolağı sürücülərin hərəkəti üçün bağlanıb və ərazi lentlənib. Bakıdan Ağsu istiqamətində, həmçinin Ağsudan Şamaxı və Bakı istiqamətində hərəkət edən sürücülər digər zolaqdan istifadə edirlər.

Ümumilikdə sürüşməyə meyilli ərazidə proses davam edir və sürüşmənin hər gün böyüdüyü bildirilir. Yolun bir neçə nöqtəsində də çatlar müşahidə olunur.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakıda poliklinikanın həyətindəki sürüşməyə magistral su xətti səbəb olub?
Ağsu aşırımında torpaq sürüşməsi olub, sürücülər üçün təhlükə yaranıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər