"SpaceX" Luizianada "Starship" üçün yeni kosmodrom inşa edəcək
Amerika şirkəti "SpaceX" Luiziana ştatında ildə minlərlə "Starship" kosmik gəmilərinin buraxılışının həyata keçirilməsi planlaşdırılan yeni kosmodrom inşa edəcək.
"Far.Az" xəbər verir ki, bu barədə şirkətin saytındakı məlumatda deyilir.
"SpaceX" layihəyə ən azı 100 milyard dollar investisiya yatırmaq və 3 mindən çox iş yeri yaratmaq niyyətindədir. Yeni kosmoport Luiziananın cənubunda Vermilion dairəsində yerləşəcək. Tikintiyə 2027-ci ildə başlamaq, yeni meydançadan "Starship"in ilk buraxılışını isə 2029-cu ildə həyata keçirmək planlaşdırılır.
"Starbase" ildə minlərlə "Starship" uçuşunu dəstəkləmək üçün inşa ediləcək. Bu avtonom kosmoportda yanacaq istehsal ediləcək, elektrik enerjisi hasil olunacaq", - məlumatda bildirilir.
Hazırda bütün "Starship" buraxılışları Texas ştatındakı "Starbase" meydançasından həyata keçirilir.
"SpaceX"in planlarına görə, "Starship" sistemi Yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, eləcə də Ay, Mars və digər səma cisimlərinə missiyalar üçün istifadə olunacaq. "Starship" gəmisi və "Super Heavy" sürətləndiricisi çoxdəfəlik istifadə və şaquli eniş üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













