Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Antikorrupsiya Məhkəməsinə aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Armenperss" məlumat yayıb.
Məhkəmədə onun barəsində həbs qərarının verilməsi barədə vəsatətə baxılacaq.
Qeyd edək ki, avqustun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın və onun oğlu Levon Köçəryanın evlərində axtarış aparıblar. R.Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Daha sonra R.Köçəryanın və onun böyük oğlu Sedrak Köçəryanın saxlanıldığı açıqlanıb. S.Köçəryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq çərçivəsində "Orange Fitness" klubunda, "Play City" əyləncə mərkəzində, eləcə də onların direktorlarının mənzillərində istintaq və prosessual hərəkətlər aparılıb. Robert Köçəryanın ailəsi bu şirkətlərdə səhmlərə malikdir.
Ermənistan Baş Prokurorluğu yaydığı bəyanatda Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətxorluq, xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə açıq cinayət təqibinin başlandığı bildirilib. Digər keçmiş prezident Serj Sarkisyan da rüşvətxorluq, çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Onun ölkədən çıxışına qadağa qoyulub.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Köçəryanın işi üzrə altı nəfərin həbsi barədə məhkəməyə vəsatətlər verilib - YENİLƏNİB-4
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Baş Prokurorluq: Köçəryana qarşı cinayət istintaqı başlanılıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













