Tokayev deputat mandatı qazanan rəsmiləri vəzifələrindən uzaqlaşdırıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ədilet" partiyasından qurultaya (birpalatalı parlament) deputat mandatı qazanmış bir sıra dövlət qulluqçularının vəzifələrindən azad edilməsi haqqında fərman və sərəncamlar imzalayıb.
"Report" xəbər verir ki, bu barədə "24 KZ" Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Belə ki, dövlət başçısının sərəncamı ilə Darxan Axmediyev müdafiə nazirinin müavini, Yerbol Adayev prezident administrasiyasının ümumi şöbəsinin müdiri; Altay Abay prezidentin işlər müdirinin müavini vəzifəsindən azad edilib.
Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə Sunqat Yesimxanov energetika nazirinin müavini vəzifəsindən azad edilib.
Həmçinin K.Tokayevin fərmanı ilə Satıbaldı Burşakov Qazaxıstanın Şimali Makedoniyadakı səfiri vəzifəsindən geri çağırılıb.
Bu şəxslər ölkənin yeni birpalatalı parlamentində deputat mandatı qazanmış "Ədilet" partiyasının namizədlər siyahısına daxil olublar. Ümumilikdə partiya avqustun 23-də keçirilmiş seçkilərin nəticələrinə əsasən qurultayda 145 yerdən 110-nu qazanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













