"Leççe" Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliçi icarəyə götürüb
Far.Az xəbər saytı

"Leççe" Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliçi icarəyə götürüb


İtaliyanın "Leççe" klubu "Torino"nun və Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliçi icarəyə götürüb.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Müqaviləyə əsasən, "Leççe" serbiyalı oyunçunu satın almaq hüququna malikdir. 2023-cü ildən "Torino"da çıxış edən yarımmüdafiəçinin bu klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

O, 2025/2026 mövsümündə 8 matçda forma geyinib.

İ.İliç əvvəllər İtaliyanın "Verona", Niderlandın NAK və ölkəsinin "Zemun" komandalarında da çıxış edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 7 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər