Avropa İttifaqına Rusiyanın dondurulmuş aktivləri ilə bağlı prosesləri yenidən başlatmaq çağırışı edilib
Avropa İttifaqının (Aİ) dörd ölkəsi - İsveç, Niderland, Polşa və İspaniya Avropa Komissiyasını (AK) Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş suveren aktivlərindən istifadə mexanizmi üzərində işləri bərpa etməyə çağıraraq, reparasiya krediti ilə bağlı müzakirələri yenidən başladıb.
"Far.Az"un Avropa bürosunun verdiyi məlumata görə, onlar bu barədə Avropa Komissiyasına məktub göndəriblər.
Məktub müəllifləri Avropa Komissiyasına bloklanmış aktivlərdən Ukraynanın maraqları naminə istifadənin yeni hüquqi və maliyyə variantlarını öyrənməyi və bununla bağlı risklərin bir və ya bir neçə dövlətin üzərinə qeyri-mütənasib yük düşmədən bütün Aİ ölkələri arasında bölüşdürüləcəyi bir həll yolu tapmağı təklif edirlər.
Avropa Komissiyasında məsələni şərh edərkən bildiriblər ki, hələlik bu sənədi almayıblar. AK-nın rəsmi nümayəndəsi Balaş Ujvari qeyd edib ki, buna baxmayaraq, Rusiya aktivlərindən istifadə məsələsi gündəmdədir. Onun sözlərinə görə, Avropa Şurası 2025-ci ilin dekabrında dondurulmuş Rusiya aktivlərindən potensial reparasiya kreditinin hüquqi və texniki aspektlərinin öyrənilməsini davam etdirməyə çağırıb.
Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo öz növbəsində əlavə edib ki, ötən ilin dekabr sammitində bu variantı irəli sürmək üçün kifayət qədər dəstək olmayıb. İndi isə dörd ölkənin yeni müraciətindən sonra məsələ siyasi müstəviyə qayıda bilər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
Dostluqda etibarsız hesab edilən bürclər
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir













