9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb
Far.Az xəbər saytı

9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb


Yasamal rayonunda MİDA yaşayış kompleksindən hərəkət edən 9 nömrəli avtobusla bağlı sərnişin şikayəti daxil olub.

Far.Az-in "qaynar xətti"nə müraciət edən sərnişinin sözlərinə görə, avtobus hərəkətdə olarkən kondisionerdən insanların üzərinə çirkli su axıb.

Nəticədə bir neçə sərnişinin üzü və üst-başı islanıb.

Şikayətçi bildirib ki, 9 nömrəli avtobuslarla bağlı narazılıqlar bununla məhdudlaşmır. Onun sözlərinə görə, marşrut üzrə avtobusların sayı az olduğundan nəqliyyat vasitələri xüsusilə sıx saatlarda həddindən artıq dolu olur.

"İnsanların avtobusda rahat getməsi mümkün deyil. Üstəlik, kondisionerlə bağlı da belə problemlər yaşanır. Kondisioneri güclə işə salırlar, nəticədə sərnişinlərin üzərinə çirkli su axır", – deyə sakin qeyd edib.

Sərnişinlər aidiyyəti qurumlardan 9 nömrəli avtobusların texniki vəziyyətinin yoxlanılmasını, kondisioner sistemlərindəki problemin aradan qaldırılmasını və marşrut üzrə avtobusların sayının artırılmasını xahiş edirlər.

Oxşar xəbərlər

Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Bakıda avtobusda kondisioner işləmədiyi üçün sərnişinin ürəyi getdi - AÇIQLAMA
Bakıda avtobusda kondisioner işləmədiyi üçün sərnişinin ürəyi getdi
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər