"Sportinq"in hücumçusu İngiltərənin üç klubunun maraq dairəsindədir
Far.Az xəbər saytı

"Sportinq"in hücumçusu İngiltərənin üç klubunun maraq dairəsindədir


Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Viktor Dyekereş İngiltərə təmsilçiləri "Çelsi", "Arsenal" və "Mançester Yunayted"in maraq dairəsindədir.

"Far.Az" "Daily Mail"ə istinadən xəbər verir ki, 26 yaşlı isveçli futbolçu yayda sözügedən klublardan birinə transfer oluna bilər.

V.Dyekereşin müqaviləsində 84 milyon funt-sterlinq təzminat məbləği var. Lakin Portuqaliya klubu futbolçunu 60 milyon funt-sterlinqə satmaq istəyir.

Qeyd edək ki, V.Dyekereş cari mövsümdə meydana çıxdığı 17 matçda 23 qol vurub və 4 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
"Mançester Yunayted" Uruqvay millisinin üzvünü transfer etmək istəyir
"Sportinq" "İnter"dən 30 milyon avro təzminat tələb edir
"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçəcək
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər