SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda dəniz dibində yerləşdirilən stansiyalar texnologiyasından istifadə etməklə yüksək dəqiqlikli 3D seysmik kəşfiyyat layihəsinin (3D-HD OBN) icrasına başlayıb.
"Far.Az" "Caspian Geo"nun məlumatına istinadən xəbər verir ki, işlər SOCAR SWG [Shallow Water Gunashli - Dayazsulu Günəşli - red.] layihəsi çərçivəsində aparılır. Bu layihə infrastrukturun yüksək sıxlığı ilə xarakterizə olunan sahədə "Ocean-Bottom Node" (OBN) texnologiyasının tətbiqi üzrə SOCAR üçün ilk təcrübədir, işlərin aparıldığı zonada 15 platforma və sualtı kommunikasiyaların şaxələnmiş şəbəkəsi yerləşir.
Geofiziki tədqiqatların əsas məqsədi yatağın bütün ərazisinin keyfiyyətli məlumatlarla tam əhatə olunmasını təmin etmək və ehtiyatların sonrakı qiymətləndirilməsi, eləcə də yatağın işlənməsi üzrə planların hazırlanması üçün yerin təkinin geoloji quruluşu barədə daha ətraflı məlumat əldə etməkdir.
Qeyd olunub ki, işlərin sıx istehsalat infrastrukturu şəraitində aparılması hərtərəfli ilkin planlaşdırma tələb edib. Əməliyyatlar başlamazdan əvvəl fəaliyyət göstərən obyektlərin təhlükəsizliyinə xüsusi diqqət yetirilməklə risklərin kompleks təhlili (HAZID) və potensial təhlükələrin müəyyən edilməsi həyata keçirilib. Bundan əlavə, sifarişçi ilə birgə eyni vaxtda aparılacaq əməliyyatların (SIMOPS) planı hazırlanıb. Bu plan bütün cəlb olunmuş komandaların fəaliyyətinin əlaqələndirilməsini təmin edir.
Hazırda dənizdə aparılan işlər aktiv mərhələdədir. Qəbuledici kabel xətlərinin təxminən 75%-i yerləşdirilib, əməliyyat avadanlığının fasiləsiz yerdəyişməsi mərhələsinə (rolling phase) keçib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2













