Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ


Pomidor sağlam qidalar sırasında göstərilsə də, bəzi xəstəlikləri olan insanlar bu məhsulu həddindən artıq qəbul edərkən ehtiyatlı olmalıdır.

BAKU.WS xəbər verir ki, Dietoloq həkim Mariya Staxovskayanın sözlərinə görə, pomidor bəzi mədə-bağırsaq, oynaq və böyrək xəstəliklərinin əlamətlərini ağırlaşdıra bilər.

Mütəxəssis xüsusilə mədənin turşuluğunun yüksək olduğu qastrit, mədə xorası və pankreatitdən əziyyət çəkən şəxslərə pomidor qəbulunda diqqətli olmağı tövsiyə edib. Pomidorun tərkibindəki üzvi turşular iltihablı selikli qişanı qıcıqlandıra və ağrı, yanma, narahatlıq kimi simptomları gücləndirə bilər.

Həkim həmçinin podaqra, artrit və böyrək daşı problemi olan şəxslərə pomidoru məhdudlaşdırmağı məsləhət görüb. Bundan başqa, bəzi insanlarda pomidor allergik reaksiyaya səbəb ola bilər.

Qastrit zamanı bişmiş və ya istilik emalından keçirilmiş pomidor bəzi insanlarda çiy pomidora nisbətən daha asan həzm oluna bilər. Lakin xəstəlik kəskinləşdikdə hətta belə pomidorların miqdarına da nəzarət etmək lazımdır.

Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ

Podaqra və böyrək daşı olan şəxslərə isə pomidoru kiçik porsiyalarla və həftədə bir-iki dəfədən çox olmamaqla qəbul etmək tövsiyə edilir. Bununla belə, dəqiq qidalanma rejimi üçün həkimlə məsləhətləşmək vacibdir.

Sağlam insanlar üçün isə mütəxəssis gündə iki ədəd orta ölçülü pomidoru məqbul hesab edir. Pomidor likopen, C vitamini və kaliumla zəngindir. Likopenin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün pomidorun bitki yağı ilə birlikdə qəbul edilməsi tövsiyə olunur.

Qeyd edək ki, pomidor tamamilə sağlam insanlar üçün zərərli məhsul deyil. Əsas məsələ onu normada qəbul etmək və mövcud xəstəliklər zamanı fərdi qidalanma tövsiyələrinə əməl etməkdir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Səhər yeməyində bəh-bəhlə yeyirlər, fayda yox, zərər verirmiş
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər