Zimbabvedə yol qəzasında ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Zimbabvedə yol qəzasında ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB


Zimbabvedə marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 27 nəfər həlak olub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin nümayəndəsi Pol Nyati bildirib.

Qəza cümə günü axşam saatlarında paytaxt Hararedən təxminən 132 km cənubda, Çivhu şəhəri yaxınlığındakı böyük avtomagistralda baş verib.

Nyatinin sözlərinə görə, yol-nəqliyyat hadisəsi yük maşını digər avtomobili ötməyə çalışarkən baş verib. Marşrut avtobusunun sərnişinləri dini təşkilatın konfransına yollanırmışlar.

Toqquşmadan sonra avtobus alışıb və demək olar, tamamilə yanıb. Polis hər iki nəqliyyat vasitəsində olan sərnişinlərin sayını dəqiqləşdirir.

Zimbabvedə Harare - Çivhu magistral yolunda marşrut avtobusu ilə yük maşınının toqquşması nəticəsində 25 nəfər ölüb.

"Report"un ZBC-yə istinadən xəbər verir ki, bu barədə əyalət məsələləri üzrə nazir İtay Ndudzo bildirib.

Onun sözlərinə görə, hadisə ötən gün axşam baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər qəza yerində ölüb, 2 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Yük maşınının sürücüsü də daxil olmaqla daha iki nəfər kritik vəziyyətdədir və tibbi yardım alır.

Hadisə yerində qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Zimbabve polisinin əməkdaşları və mülki müdafiə bölmələri çalışır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər