SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
ABŞ rəsmilərinin Hörmüz boğazının açıq olması barədə açıqlamaları həqiqəti əks etdirmir.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayıb.
"Amerika rəsmilərinin Hörmüz boğazının açıq olması barədə açıqlamaları açıq-aşkar yalandır, yalnız neft qiymətlərinə nəzarət və öz məğlubiyyətlərini ört-basdır etmək məqsədi daşıyır", - SEPAH-dan bildirilib.
Bəyanatda qeyd olunub ki, strateji su yolu olan Hörmüz boğazı İranın nəzarətindədir: "İslam döyüşçülərinin bu strateji su yolu üzərində nəzarəti tamamilə qətidir və Hörmüz boğazı bütün gücü ilə İranla razılaşdırılmadan keçmək niyyətində olan bütün gəmilərin üzünə bağlıdır.
Bu proses Amerika ordusunun təhdidləri sona çatana və Ağ Ev müəyyən edilmiş öhdəlikləri (İslamabad Anlaşma Memorandumunun bəndlərini-red.) yerinə yetirənə qədər davam edəcək".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "Axios"a müsahibəsində Hörmüz boğazının açıq olduğunu vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













