Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir
Xocalı rayonunun Ballıca kəndində bu gün toy sədaları eşidilir. Kənddə Hüseynovlar ailəsinin böyük sevinc və həyəcanına şahidlik edən toy mərasimi baş tutur. Əmrah və Arzu ailə həyatı qururlar.
BAKU.WS xəbər verir ki, bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sosial şəbəkədə paylaşım edib.
Gənc cütlüyün toy mərasiminin əsas özəlliyi onların ailə həyatına məhz doğma yurdda - Xocalının Ballıca kəndində başlamasıdır.
Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy sədaları eşidilir, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır.
Ballıca kəndində keçirilən bu toy təkcə bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasını, insanların öz yurdlarına qayıdaraq burada gələcək qurmasını əks etdirir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib













