Al Tani Fidanla Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
"Far.Az" xəbər verir ki, bu barədə əmirliyin xarici siyasət idarəsinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlığın cari vəziyyətini və möhkəmləndirilməsi yollarını, eləcə də Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, son regional hadisələri müzakirə ediblər.
"Xüsusilə regionda gərginliyin azaldılmasına, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylər və birgə koordinasiya müzakirə olunub", - məlumatda qeyd edilib.
Danışıq zamanı Al Tani Qətərin dəniz gəmiçiliyinin azadlığını təmin edən və regionda davamlı sülhə nail olmaq üçün hərtərəfli razılaşmaya yol açan nizamlanmaya nail olmağa yönəlmiş bütün diplomatik səyləri və təşəbbüsləri dəstəklədiyini təsdiqləyib.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib













