Qəribabadi: Heç bir gəmi İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməz
Far.Az xəbər saytı

Qəribabadi: Heç bir gəmi İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməz


Rəsmi tehran Hörmüz boğazının bağlı olduğunu və heç bir gəminin İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməyəcəyini bəyan edib.

"Far.Az" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

"Hörmüz boğazı tamamilə bağlıdır və əgər bir gəmi boğazdan keçərsə, bu, mütləq İranın koordinasiyası və icazəsi ilədir", - XİN başçısının müavini bildirib.

O qeyd edib ki, Hörmüz boğazındakı hər cür hərəkət İranın silahlı qüvvələrinin tam nəzarətindədir və ABŞ-nin gəmilərin boğazdan keçməsi ilə bağlı iddiaları doğru deyil.

"Biz Omanla Hörmüz boğazından keçid tənzimləmələri barədə razılığa gəlmişik, lakin Amerika öz öhdəliklərini yerinə yetirməyənə qədər boğaz açılmayacaq", - Qəribabadi vurğulayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Axios"a müsahibəsində Hörmüz boğazının açıq olduğunu deyib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Trampı yalanlayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər