Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb
İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-də olduğu müddətdə ciddi təhlükə ilə üzləşdiyi və bu səbəbdən ölkədən təcili çıxarıldığı açıqlanıb.
Far.Az xəbər verir ki, İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) Yair Netanyahunun həyatına qarşı real təhlükə olduğunu müəyyən etdikdən sonra onun təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Floridadan İsrailə qaytarılmasına qərar verib.
Bildirilir ki, Yair Netanyahu Floridadan ayrılarkən şəxsi əşyalarını belə götürməyib. O, mühafizəçilərin müşayiəti ilə ABŞ-dən çıxarılıb və hazırda İsraildədir.
ŞABAK təhlükənin konkret mənbəyi və xarakteri barədə ətraflı məlumat verməyib. Bununla yanaşı, İsrail mediasında Yair Netanyahunun Floridada yaşadığı dövrdə ona qarşı mümkün sui-qəsd planı barədə məlumatlar yayılıb.
İsrail Baş naziri bundan əvvəl oğullarından birinin İran tərəfindən öldürülməyə cəhd edildiyini bildirmişdi, lakin həmin vaxt hədəfin hansı oğlu olduğunu açıqlamamışdı.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
-
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb
-
Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı
-
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər













