"Barselona" Qabriel Jesusun transferi üçün "Arsenal"la danışıqlara başlayıb
İspaniyanın "Barselona" klubu İngiltərə "Arsenal"ının hücumçusu Qabriel Jesusun transferi üçün mübarizəyə qoşulub.
"Far.Az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 29 yaşlı braziliyalı futbolçunun keçidi ilə bağlı artıq danışıqlara başlayıb.
"Barselona"nın əsas hədəfi uzun müddət Xulian Alvares olsa da, Madrid "Atletiko"su hücumçunu Kataloniya klubuna satmaqdan imtina edib. London təmsilçisi isə transfer pəncərəsi bağlanana qədər forvardla yollarını ayırmağa hazırdır. Daha əvvəl İtaliyanın "Napoli" klubunun da bu keçiddə maraqlı olduğu bildirilirdi.
Qeyd edək ki, Q.Jesus 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
"Atletiko" Alvaresi "Real"a 150 milyon avroya satmaqdan imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2026)
-
Roman Abramoviç Bakıya gəlib













