Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub
Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.
Far.Az xəbər verir ki, TƏBİB-in məlumatına görə, hadisə zamanı xəsarət alan 5 kişi avqustun 28-də saat 20:20-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilib. Daha ixtisaslı müayinəyə ehtiyac yarandığından onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya təxliyə ediliblər.
TƏBİB bildirib ki, müalicə və müayinələrdən sonra 4 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda yaralılardan birinin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağırqiymətləndirilir.
Oxşar xəbərlər
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Azərbaycanda qan banklarının siyahısı yenilənib
"Həmkardan həmkara qayğı ilə" Gədəbəydə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər
-
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb













