"Həmkardan həmkara qayğı ilə" Gədəbəydə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birgə reallaşdırdığı "Həmkardan həmkara qayğı ilə" sosial layihəsinin növbəti aksiyası Gədəbəydə keçirilib.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar müayinə zamanı kardiologiya, endokrinologiya, urologiya, oftalmologiya, travmatologiya-ortopediya və nevrologiya sahələri üzrə peşəkar həkim heyəti tərəfindən tibbi xidmətlər göstərilib.
İki gün davam edən aksiya zamanı ümumilikdə 640 rayon sakini müayinədən keçib, səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" sosial layihəsinin məqsədi ittifaq üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı artırmaq və dövlətin sosial siyasətinə töhfə verməkdir. İndiyədək layihə çərçivəsində 2250-ə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb. "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib













