Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB
Far.Az xəbər saytı

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB


Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Zakir Xəlilzadənin (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama əsasən, təqsirləndirilən şəxs 23 may 2026-cı il tarixdə saat 16:30-da həyat yoldaşı - zərərçəkmiş şəxslə birlikdə kirayə yaşadıqları ünvanda olarkən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs yumruqla həyat yoldaşının baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Ekspertizanın rəyinə əsasən, qadının aldığı xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.

Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunub.

Təqsirləndirilən şəxs təqsirini etiraf edib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, zərərçəkmiş şəxslə barışdığını və ona vurduğu ziyanı tam şəkildə ödədiyini bildirib.

Təqsirləndirilən şəxs məhkəmədən tərəflər arasında barışığın nəzərə alınmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib. Bununla bağlı yazılı ərizəsini də məhkəməyə təqdim edib.

Zərərçəkmiş şəxsin də şikayəti və tələbi olmayıb, təqsirləndirilən şəxslə barışdığını bildirib.

O bununla bağlı ərizəsini məhkəməyə təqdim edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər