Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı
Məşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib.
"İnsanlara böyük hörmətlə yanaşdığım keçmiş günlərin həsrətini çəkirəm. Bir vaxtlar kiminləsə ünsiyyətdə olanda aramızda xüsusi və müqəddəs bir bağ yaranırdı. Hiss edirəm ki, qəyyumluq dövründə qəlbimə və ruhuma nə qədər ciddi ziyan dəydiyini insanlar hələ də tam dərk etmirlər", - deyə ifaçı yazıb.
Hazırda fərqli bir yolda olduğunu deyən 44 yaşlı müğənni bugünkü vəziyyəti ilə qürur duyduğunu bildirib.
O əlavə edib: "Hesab edirəm ki, həmin illərdə insanlarla münasibətlərimdəki o dəyəri itirdim, çünki daxilən olduqca həssas və çəkingən biri idim. Əvvəlki həqiqi əlaqələrim üçün darıxıram. Düzünü desəm, özümü sanki bir maşın, bir robot kimi görürdüm. Yaxşı ki, bütün bunlar artıq keçmişdə qaldı".
Qeyd edək ki, psixoloji problemləri səbəbindən Britni Spirs 2008-ci ildə atasının qəyyumluğuna verilib. O, 2021-ci ilin noyabr ayına qədər bu nəzarət altında qalıb.
Müğənninin keçmiş əri Kevin Federlayn tərəfindən böyüdülmüş Şon Preston və Ceyden Ceyms adlı iki oğlu var. Onların hazırda 20 və 19 yaşları var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi













