Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana qarşı nüvə silahından istifadə etməsi imkanını istisna etdiyini bildirib.

"Far.Az" xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Amerika lideri həmçinin İrana adi silahlarla zərbələrin endirilməsini istisna etməyib.

"Mən bunu istisna edirəm. Buna ehtiyac yoxdur", - deyə Tramp bildirib. "Lakin bu o demək deyil ki, biz onlara yenidən zərbə endirməyəcəyik. Görək nə baş verəcək", - o əlavə edib.

ABŞ Prezidenti Donald Tramp və onun yüksək vəzifəli köməkçiləri İranın gəmilərə hücum etmək üçün öz radiolokasiya və raket potensialını bərpa etməsinə mane olmaq məqsədilə Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirirlər.

"Far.Az" xəbər verir ki, bu barədə "Axios" üç amerikalı mənbəyə istinadən yazıb.

Onların sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) gəmilərə dəqiq zərbələr endirmək məqsədilə İranın Hörmüz boğazında radiolokasiya, hava hücumundan müdafiə və gəmi əleyhinə raketlər sahəsindəki imkanlarını bərpa etmək cəhdlərindən narahatdır.

Amerikalı məmur bildirib ki, son günlərdə narahatlıq doğuran insidentlərdən biri boğazda gəmilərin qorunmasını təmin edən Amerikanın "F-35" qırıcısına tərəf İranın zenit raketinin buraxılması olub. Onun sözlərinə görə, raket təhlükə yaradacaq qədər məsafəyə yaxınlaşmasa da, bu, İranın öz hərbi potensialını bərpa etməyə çalışdığına dair siqnal idi.

CENTCOM Pentaqon rəhbəri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynə və Ağ Evə bildirib ki, Fars körfəzindən onlarla neft tankerinin gündəlik təhlükəsiz keçidinin təmini üçün hərbçilərin vaxtaşırı İrana zərbələr endirməsi tələb oluna bilər.

Portal qeyd edib ki, Heqset təşəbbüsü dəstəkləyib və bir neçə gün əvvəl planı baxılmaq üçün Ağ Evə göndərib. Lakin Vaşinqton administrasiyası İranla eskalasiyanın qarşısını almaq üçün zərbələri təsdiqləməməyə meyilli olub.

Bununla belə, bazar günü İranın İordaniyadakı Amerika bazalarına ballistik raketlərlə endirdiyi zərbələr bazar ertəsi ABŞ-nin İrana güclü cavab zərbəsi endirəcəyini vəd edən Trampın fikrini dəyişə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Axios": Tramp Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər