Axios: ABŞ İrana yeni genişmiqyaslı zərbələr endirməyi planlaşdırmır
Far.Az xəbər saytı

Axios: ABŞ İrana yeni genişmiqyaslı zərbələr endirməyi planlaşdırmır


ABŞ yaxın perspektivdə İrana qarşı yeni genişmiqyaslı zərbələr endirməyi planlaşdırmır və Tehran üzərində təzyiqin artırılması üçün sanksiyalar və dəniz blokadası da daxil olmaqla digər vasitələrə diqqət yetirmək niyyətindədir.

"Far.Az"un məlumatına görə, bu barədə Axios mənbələrə istinadən xəbər verib.

Portalın məlumatına əsasən, ABŞ dövlət katibi Marko Rubio bir neçə ölkənin xarici işlər nazirlərinə Vaşinqtonun genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmadığını bildirib. Bununla belə, İranın ilk olaraq hücum edəcəyi təqdirdə ABŞ-ın zərbələr endirməsi ehtimalını istisna etməyib.

ABŞ Tehrana iqtisadi təzyiqi sanksiyalar və dəniz blokadası vasitəsilə artırmağı, həmçinin Hörmüz boğazından mümkün qədər çox həcmdə neftin daşınmasını təmin etməyi planlaşdırır.

Axios-un mənbələrindən birinin sözlərinə görə, ABŞ administrasiyası bu yanaşmanı ən azı noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinə qədər davam etdirmək niyyətindədir.

ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, hazırda Vaşinqton Tehranla danışıqlar aparmır. Bununla belə, ABŞ göstərdiyi təzyiqin İranı danışıqlar masasına qayıtmağa sövq edə biləcəyini düşünür.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər