ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı
ABŞ-dəki məşhur "Times" meydanında silahlı hücum edilib.
Far.Az xəbər verir ki, hadisə günorta saatlarında Manhettendə, 7-ci prospekt yaxınlığında baş verib
İki böyük mətbəx bıçağı ilə ətrafdakılara hücum edən 49 yaşlı qadın bir nəfərin ölümünə, bir nəfərin isə ağır yaralanmasına səbəb olub.
Nyu-York Polis Departamentinin (NYPD) məlumatına görə, Kvins sakini olan 49 yaşlı Pamela Sisneros metrodan çıxdıqdan sonra qırmızı çantasından iki bıçaq çıxararaq küçədəki insanlara hücum çəkib.
İlk olaraq həyat yoldaşı ilə birlikdə yolu keçməyə çalışan 68 yaşlı kişiyə yaxınlaşan Sisneros, onu qarın nahiyəsindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya kaldırılıb, vəziyyətinin stabil olduğu bildirilir.
Bu hücumdan cəmi 20 saniyə sonra saldırğan 42-ci küçə istiqamətinə yönələrək 32 yaşlı başqa bir qadına hücum edib. Qarnından ağır xəsarət alan gənc qadın həkimlərin bütün səylərinə baxmayaraq xəstəxanada həyatını itirib. Hücumların tamamilə təsadüfi və heç bir təhrik olmadan törədildiyi vurğulanır.
Hadisə yerinə gələn polis bıçaqlı qadını mühasirəyə alaraq silahı yerə qoymasını tələb edib.
Sisneros əlindəki bıçaqları yelləyərək polisin üzərinə doğru hərəkət etdikdə məcbur qalaraq ona atəş açıblar.
Polis tərəfindən vurulan qadın xəstəxanada keçinib.
NYPD hücumun terrorla hər hansı bir əlaqəsinin olmadığını açıqlayıb.
Oxşar xəbərlər
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













