ABŞ-da ailə münaqişəsi 8 nəfərin ölümü ilə nəticələnib
Far.Az xəbər saytı

ABŞ-da ailə münaqişəsi 8 nəfərin ölümü ilə nəticələnib


ABŞ-ın Montana ştatında atışma və ardınca baş verən yanğın nəticəsində dördü uşaq olmaqla səkkiz nəfər həyatını itirib.

"Report"un məlumatına görə, bu barədə ABC News polisə istinadən xəbər verib.

Hadisə avqustun 23-də Billinqs şəhərində yerləşən fərdi yaşayış evində baş verib. Atışma barədə məlumat daxil olduqdan sonra polis hadisə yerinə gəlib. Lakin həmin vaxt ev artıq alov içində olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları evin arxa həyətində odlu silahdan yaralanmış şübhəli şəxsi aşkar ediblər. İstintaqın ilkin versiyasına görə, kişi özünə atəş açıb. O, saxlanılaraq xəstəxanaya çatdırılıb, lakin sonradan aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yellouston dairəsinin şerifinin sözlərinə görə, faciə ailə münaqişəsi ilə başlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər