Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
Far.Az xəbər saytı

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi


Azərbaycanın ən böyük turizm şirkətlərindən birinin rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir.

R.Abdullayev şirkətə müraciət edən müştərilərin bir milyon manata yaxın pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham olunur.

100-ə yaxın əməkdaşı olan "Flyblast Agency Travel" aviabilet satışı, tur-paketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin bu xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.

Vətəndaşların şikayəti əsasında Xətai Rayon Prokurorluğu tərəfindən R.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanılıb, ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Şirkət isə fəaliyyətini dayandırıb.

Ən son məlumata görə, R.Abdullayev artıq Polşada həbs edilib. Hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.

Qeyd edək ki, bundan əvvəl daha bir məşhur şirkət "AİD Group"da qanun pozuntuları üzə çıxıb. Faktla bağlı şirkətin rəhbərləri Nigar Fərhad və əri Samir Yəhyazadə istintaqa cəlb ediliblər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər