Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki minaaxtaran it alınacaq
Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki minaaxtaran it alınacaq.
Bu barədə "Report"a "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə "Minaaxtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi" adlı yeni layihənin icrasına başlanılıb. Məqsəd azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaq, kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün minaların təmizlənməsinin sürətləndirilməsidir.
Vurğulanıb ki, layihə çərçivəsində iki minaaxtaran itin alınması, beynəlxalq standartlara uyğun müvafiq prosedurlardan keçirildikdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













