Stubb: Çin Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsinə yol verməyəcəyini bəyan edib
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Çinin xarici işlər naziri Van İ onu Pekinin Rusiya tərəfindən Ukraynaya nüvə zərbəsi endirilməsinə yol verməyəcəyinə əmin edib.
"Far.Az" xəbər verir ki, Finlandiya lideri bu barədə Almaniyanın "Bild" qəzetinə müsahibəsində danışıb.
Stubbun sözlərinə görə, o sözügedən məsələni çinli nazirin bu ilin iyulunda Helsinkiyə səfəri zamanı onunla keçirilən görüşdə qaldırıb.
"Bu yay Çinin xarici işlər naziri məni ziyarət etdi və mən bu məsələni [Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsi ehtimalını] qaldırdım. O dedi: "Biz buna heç vaxt yol vermərik". Və mən hesab edirəm ki, bu olduqca təsirli çəkindirici amildir", - Finlandiya Prezidenti bəyan edib.
O həmçinin Rusiyanın NATO-ya hücum ehtimalına inanmadığını vurğulayıb.
"Mən inanmıram ki, Rusiya nə vaxtsa dünyanın ən güclü hərbi alyansına – NATO-ya hücum etmək istəsin. Mən demirəm ki, arxayınlaşın. Bunun qarşısını almaq üçün həmişə ən pis varianta hazır olmaq lazımdır. Amma, birincisi, məndə kəşfiyyat məlumatları var. İkincisi, bizim çəkindirici amilimiz var – və bu çəkindirici amil dünyadakı hər hansı digər hərbi gücün malik olduğundan daha güclüdür. Dünyadakı heç bir dövlətin bu alyansın qətiyyətini sınamasının mənası yoxdur", - Stubb əlavə edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
-
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb
-
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər
-
Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı
-
Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb













