Gürcü jurnalist: Qarabağa səfəri səbirsizliklə gözləyirəm
Far.Az xəbər saytı

Gürcü jurnalist: Qarabağa səfəri səbirsizliklə gözləyirəm


Gürcüstan mediası nümayəndələrinin və blogerlərin Azərbaycana səfəri iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir.

"Report" xəbər verir ki, bu barədə "Imedi" telekanalının jurnalisti Tika Sereteli sentyabrın 1-i Bakıda gürcü media nümayəndə heyətinin Azərbaycanın Qarabağ bölgəsinə qarşıdan gələn səfərini şərh edərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, o, Qarabağa ilk dəfə səfər edəcək və bunu səbirsizlikə gözləyir.

"Bakıda çox maraqlı materiallar hazırlayacağıq, həmçinin Qarabağa səfər edəcəyik. Mən bu səfəri səbirsizliklə gözləyirəm", - Sereteli bildirib.

Jurnalist bu cür səfərlərin insanlar arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

"Belə səfərlər insanlar arasında ünsiyyətdə mühüm rol oynayır, çünki onların sayəsində biz bir-birimizin mədəniyyətini daha yaxşı tanıya bilirik. Məsələn, mən sizin mədəniyyətinizi daha yaxşı öyrənə və öz ölkəmə yeni təəssüratlarla qayıda biləcəyəm", - o əlavə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər