Fransada Azərbaycanın Milli Film Günü keçirilib
Fransanın paytaxtı Parisdə Azərbaycanın Milli Film Günü keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanındakı Daimi Nümayəndəliyinin və respublikamızın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Parisdəki Rex kinoteatrında 2-ci Beynəlxalq "Kino İrs" kino festivalı çərçivəsində baş tutan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, isveçli fotoqraf və rejissor Mikael Silkebeq və digər şəxslər iştirak ediblər.
Festivalda Azərbaycan M.Silkebeq tərəfindən Azərbaycanın UNESCO üzrə Milli Komissiyası və respublikamızın İsveçdəki Səfirliyinin dəstəyi ilə çəkilmiş "Xarıbülbül Əfsanəsi" və "Odin Kodu" sənədli filmləri ilə təmsil olunub.
Tədbirdə çıxış edən E.Abdullayev xarıbülbülün İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edildiyini, həmçinin Azərbaycan Ordusunun zəfər simvoluna çevrildiyini bildirib.
Filmin rejissoru M.Silkebeq çıxış edərək türk xalqlarının mədəniyyətinə olan xüsusi marağından danışıb və qonaqlara filmlərin çəkilişi haqqında məlumat verib.
"Xarıbülbül Əfsanəsi" Azərbaycanın musiqi paytaxtı Şuşanın işğaldan azad olunmasından sonra çəkilmiş ilk sənədli filmdir və onun tarixi əhəmiyyəti, zəngin mədəni irsindən bəhs edir. Filmdə həmçinin qələbə və azadlıq simvoluna çevrilən xarıbülbül çiçəyinin simvolik rolu haqqında da məlumat verilir.
Festival çərçivəsində nümayiş olunan "Odin Kodu" filmi isə Azərbaycan ilə Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən bəhs edir. Filmdə, bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyyah Tur Heyerdalın Azərbaycana səfəri, eləcə də Ümummilli Lider Heydər Əliyevlə görüşlər zamanı səsləndirilən fikirlər haqqında məlumat verilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı olub
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
Leyla Abdullayeva Fransadakı tələbələri Azərbaycan həqiqətlərini çatdırmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Məhəmməd Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər