Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
Far.Az xəbər saytı

Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib


Rusiya Silahlı Qüvvələri Kiyev vilayəti və Odessa şəhəri daxil olmaqla Ukraynanın logistika və enerji infrastrukturuna qrup zərbələri endirib.

Far.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kiyev vilayətindəki "Çayki" logistika mərkəzi, Odessada və vilayətdə yanacaq çənləri və Ukrayna Silahlı Qüvvələrinə məxsus anbarlar hədəfə alınıb.

Məlumata görə, Kiyev yaxınlığındakı anbarlarda xarici istehsal olan ikili təyinatlı məhsullar saxlanılıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın liman və enerji infrastrukturu ilə yanaşı, Ukrayna ordusunun maraqları üçün istifadə olunan logistika mərkəzlərinə zərbələrin davam etdirildiyini açıqlayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər