Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib
Niderland səfirliyi avqustun 29-da Şəkinin dağlıq ərazisində piyada yürüşü zamanı xəsarət alan ölkə vətəndaşının xilas edilməsinə və ona təcili tibbi yardım göstərilməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
"Report" xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Xüsusilə, mürəkkəb dağlıq ərazi şəraitində və qaranlıqda həyata keçirilən xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində ilk tibbi yardımın göstərilməsinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təşəkkür edirik", - bəyanatda bildirilib.
Səfirlik, həmçinin Şəki Rayon Mərkəzi Xəstəxanasının və Bakıdakı Yeni Klinikanın əməkdaşlarının tibbi yardımını, peşəkarlığını və operativliyini yüksək qiymətləndirib.
"Bu insident zamanı aidiyyəti orqanların əlaqələndirilmiş və operativ işi Niderland vətəndaşının təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verib", - məlumatda qeyd edilib.
Qeyd edək ki, avqustun 29-da Şəki rayonunda Niderland vətəndaşı dağlıq ərazidə piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Zərərçəkmiş dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdən təxliyə edilərək Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və orada təcili əməliyyat edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb
-
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib













