Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb
Adanada polis qrupları tərəfindən helikopter və dron dəstəyi ilə şəhərin müxtəlif nöqtələrində keçirilən yoxlamalar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 35 şübhəli saxlanılıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, 297 qrup, 1615 əməkdaş, 4 dron, axtarış itləri və helikopterin iştirakı ilə vilayət miqyasında yoxlama keçirilib.
Ümumi Məlumat Toplama (GBT) üsulu ilə 29 min 762 nəfərin yoxlanıldığı əməliyyatda müxtəlif cinayətlərə görə axtarışda olan 35 şübhəli saxlanılıb.
Yoxlamalar zamanı sənədsiz 4 tapança, 4 daraq, 25 güllə, 6 kəsici alət, 175 narkotik həb və bir miqdar marixuana ələ keçirilib.
Yol polisi qruplarının 7 min 973 nəqliyyat vasitəsini yoxladığı əməliyyatda oğurlanmış 4 motosiklet aşkar edilib. Qruplar 2 nəqliyyat vasitəsini hərəkətdən kənarlaşdırıb, müxtəlif qayda pozuntularına görə 140 nəqliyyat vasitəsinə pul cəriməsi yazıb.
Yoxlama zamanı, həmçinin yolayrıcılarında dilənçilik və satıcılıq etdiklərinə görə 19 nəfərə pul cəriməsi tətbiq olunub.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.08.2026)
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi?
-
ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır













