Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
Niderland polisinin əməkdaşları Overasselt kəndində bir nəfərin həyatına son qoyan atışmadan sonra 34 nəfəri saxlayıblar.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, saxlanılanlar arasında Fransa, Əlcəzair, Belçika və Niderland vətəndaşları var.
Məlumata görə, səhər tezdən Amsterdamdan təxminən 135 kilometr cənub-şərqdə yerləşən Overasseltdə atışma baş verib, nəticədə bir nəfər ölüb, iki polis əməkdaşı isə yaralanıb. Onlar xəstəxanada müalicə alırlar.
Təhlükəsizlik kameralarının kadrlarında xizək maskalı 30-a yaxın silahlı şəxsin küçə ilə getdiyi, atəş açdığı və daha sonra cinayət yerindən qaçdığı görünür.
Polis yerli sakinləri müvəqqəti olaraq evdən çıxmamağa çağıraraq həmin ərazidə irimiqyaslı əməliyyata başlayıb.
Niderland milli polisinin rəhbəri Cenni Knol "X" sosial şəbəkəsində bildirib ki, artıq çox sayda şübhəli şəxs saxlanılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













