Bakıda dayanıqlı icmalar üçün humanitar minatəmizləmə mövzusu müzakirə olunub
Far.Az xəbər saytı

Bakıda dayanıqlı icmalar üçün humanitar minatəmizləmə mövzusu müzakirə olunub


Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində "Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə" panel sessiyası baş tutub.

"Report" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Layihə Xidmətləri Ofisinin (UNOPS) Proqram rəhbərinin müavini, Salman Haqın moderatorluğu ilə keçirilən panel müzakirədə mina qurbanlarının reabilitasiyası və onların sosial-iqtisadi həyata reinteqrasiyası, icmaların təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi üçün beynəlxalq tərəfdaşlığın və uzunmüddətli dəstəyin əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, minatəmizləmənin təhlükəsiz məskunlaşma və əhalinin davamlı geri qayıdışının təmin edilməsində, etimad mühitinin yaradılmasında və post-münaqişə ərazilərinin bərpasında rolu nəzərdən keçirilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibinin müavini Fərid Dəmirli mina fəaliyyətinin əsas məqsədinin yalnız torpaqların təhlükədən təmizlənməsi deyil, həm də insanların təhlükəsizliyinin, ləyaqətli yaşayışının və gələcəyə inamının bərpa edilməsi olduğunu vurğulayıb:

"İcmaların dayanıqlığının təmin olunması üçün humanitar minatəmizləmə, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və yerli icmalar arasında əlaqələndirilmiş fəaliyyət əhəmiyyətlidir. Həmçinin təhlükəsiz ərazi dayanıqlı icmanın təməlidir. Minatəmizləmə insanların doğma yaşayış yerlərinə təhlükəsiz qayıdışını, məskunlaşmasını və normal həyat fəaliyyətinin bərpasını mümkün edir".

İHH (İnsan Hüququ və Azadlıqları) Humanitar Yardım Fondunun direktoru Tural Ali Kamal isə öz növbəsində beynəlxalq əməkdaşlığın mina probleminin miqyası və mürəkkəbliyi nəzərə alınmaqla, uzunmüddətli və davamlı nəticələrin əldə olunması üçün əsas amillərdən biri olduğunu qeyd edib:

"Dayanıqlı nəticə üçün minatəmizləmə yalnız bir əməliyyat kimi deyil, təhlükəsizliyin, sosial rifahın, iqtisadi inkişafın və icmaların gələcək dayanıqlılığının təmin edilməsinə yönəlmiş kompleks proses kimi qəbul edilməlidir".

Panel müzakirələrlə davam edib.

Oxşar xəbərlər

Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər