Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir?
Far.Az xəbər saytı

Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir?


Azərbaycanın demək olar ki, bütün bölgələrində iqlim dəyişmələrinin təsiri müşahidə olunur.

Bunu Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişmələri Azərbaycandan da yan keçməyib və ölkənin müxtəlif ərazilərində temperaturun yüksəlməsi, yağıntıların ümumi miqdarının azalması müşahidə edilir.

"İqlim dəyişmələrinin təsiri Kür-Araz ovalığında, şimal-qərb və cənub rayonlarında, eləcə də dağlıq və dağətəyi ərazilərdə hiss olunur. Demək olar ki, bütün bölgələrdə temperatur yüksəlir, yağıntıların miqdarı isə azalır", - deyə o bildirib.

F.Talıbova qeyd edib ki, Abşeron yarımadası bu baxımdan müəyyən mənada istisnadır. Onun sözlərinə görə, burada yağıntıların miqdarı digər ərazilərlə müqayisədə yağınbtılarda azalma müşahidə edilmir, hətta bir qədər artıb.

Elmi işçi bunu Abşeronun relyefində və şəhər mühitində baş verən dəyişikliklərlə əlaqələndirib:

"Bakıda və Abşeron yarımadasında yeni hündürmərtəbəli binaların, obyektlərin tikilməsi ərazinin mikroiqliminə təsir göstərir. Bu dəyişikliklər yağıntıların miqdarının artmasına səbəb ola bilər".

"İqlim qurşaqlarının özünün dəyişməsindən deyil, sərhədlərinin müəyyən qədər yer dəyişməsindən və həmin zonalardakı şəraitin dəyişməsindən danışmaq mümkündür".

F.Talıbova bildirib ki, Azərbaycanda yağıntıların ümumi miqdarı azalsa da, onların intensivliyi artıb. Bu isə temperaturun yüksəlməsi ilə əlaqədar yer səthinin daha çox qızması nəticəsində kondensasiya proseslərinin güclənməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, yağıntıların artımı daha çox 500 metrdən yüksək dağlıq ərazilərdə müşahidə oluna bilər. Düzən və dağətəyi ərazilərdə isə yağıntıların azalması daha qabarıq hiss olunur.

Fəridə Talıbova 2050-ci ilə qədər olan iqlim senarilərinə də toxunaraq bildirib ki, mövcud hesablamalara əsasən Azərbaycanda temperaturun daha da yüksəlməsi gözlənilir. Lakin gələcəklə bağlı dəqiq proqnoz vermək çətindir.

O qeyd edib ki, dünya ölkələrinin, o cümlədən Azərbaycanın istixana qazları emissiyalarının azaldılması ilə bağlı götürdüyü öhdəliklər gələcək iqlim göstəricilərinə təsir göstərə bilər.

"Əgər istixana qazlarının emissiyasının azaldılması istiqamətində görülən tədbirlər effekt verərsə, hazırkı iqlim ssenariləri tam şəkildə reallaşmaya da bilər. Ümid edirik ki, temperaturun gözlənilən artımı o qədər də yüksək olmayacaq", - deyə F.Talıbova bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər