Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar
Əməkhaqlarının artırılması səhiyyə sisteminin güclənməsinə və tibb sahəsində çalışanların gələcəyə daha böyük inamla baxmasına imkan verəcək.
Bunu "Far.Az"a açıqlamasında Sumqayıt Tibb Mərkəzinin 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi, terapevt Turan Zeynallı Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qərarını şərh edərkən deyib.
O, artıq 30 ilə yaxındır həkim kimi fəaliyyət göstərdiyini vurğulayıb:
"Bu şərəfli və məsuliyyətli peşənin sahibi kimi həkimlərin əməkhaqlarının artırılması xəbərini böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıq. Hesab edirəm ki, bu qərar təkcə həkimlərin maddi rifahının yaxşılaşdırılması deyil, eyni zamanda səhiyyə işçilərinin əməyinə, fədakarlığına verilən yüksək dəyərin göstəricisidir.
Həkimlik çox böyük məsuliyyət tələb edən, insan həyatına birbaşa təsir göstərən müqəddəs peşədir. Həkimlər gecə-gündüz, hətta istirahət və bayram günlərində də insanların sağlamlığı naminə öz vəzifələrini yerinə yetirirlər. Bu baxımdan, onların əməyinin layiqincə qiymətləndirilməsi, sosial və maddi təminatlarının gücləndirilməsi bizim üçün olduqca əhəmiyyətlidir".
T.Zeynallı qeyd edib ki, əməkhaqlarının artırılması həkimlərin sosial rifahına müsbət təsir etməklə yanaşı, onların öz peşələrinə daha böyük həvəslə yanaşmasına, gənclərin tibb sahəsinə marağının artmasına və səhiyyənin gələcək inkişafına da mühüm töhfə verəcək:
"Həkimlərin əməkhaqlarının artırılması dövlətimizin səhiyyə işçilərinə verdiyi dəyərin bariz nümunəsidir. Əməkhaqlarının artırılması, xüsusilə uzun illər səhiyyə sistemində çalışan həkimlər üçün həm maddi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu qərar bizim əməyimizin qiymətləndirildiyini yüksək səviyyədə hiss etdirir".
Həkim inanır ki, bu addım səhiyyə sisteminin daha da güclənməsinə və tibb sahəsində çalışanların gələcəyə daha böyük inamla baxmasına imkan verəcək:
"Bu sevinclə bir vətəndaş, bir ana, bir həkim kimi təkcə öz adımdan deyil, bütün ailəmiz adından dövlətimizə, bu təşəbbüsə dəstək verən hər kəsə, xüsusilə Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Həkimlərin əməyinə verilən bu yüksək qiymət bizim üçün böyük motivasiyadır və inanırıq ki, bundan sonra da səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılacaq".
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb
-
Goranboyda sursat anbarında YANĞIN













