"Ölümcül Miras" sənədli filminin ilk qapalı nümayişi baş tutub
Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə çəkilən "Ölümcül Miras" ("Deadly Legacy") sənədli filminin ilk qapalı nümayişi baş tutub.
"Far.Az"un məlumatına görə, təqdimat mərasimində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, QDF-nin donor, tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ekran işi Prezident İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını, təhlükənin fəsadlarını faktlarla işıqlandırıb.
Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya, eləcə də Laosda aparılan film yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, mina terrorundan zərər çəkmiş insanların hekayələri əsasında hazırlanıb.
Təqdimat çərçivəsində qonaqlara QDF-in sifarişi ilə ərsəyə gələn "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabı da hədiyyə olunub.
Xatırladaq ki, bir müddət əvvəl işıq üzü görmüş kitab Azərbaycan həqiqətləri ilə yaxından tanış olan britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınıb.
Münaqişədən hazırkı bərpa prosesinə qədər olan dövrü əhatə edən 500 səhifəlik bu nəşr analitik yanaşması, zəngin fotoşəkilləri və interaktiv rəqəmsal materialları ilə Qarabağın dirçəliş hekayəsini canlandıran dəyərli salnamədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Goranboyda sursat anbarında YANĞIN
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













