Kats: İsrail bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırdır
Far.Az xəbər saytı

Kats: İsrail bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırdır


İsrail ABŞ bu qərarı təsdiqləyəcəyi təqdirdə müharibə nəticəsində dağıdılmış Qəzza zolağının sakinlərini ərazidən çıxarmağa hazırdır.

"Far.Az" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats "Ynet" portalının təşkil etdiyi konfransda deyib.

"Nəticə etibarilə, əhalinin köçürülməsi olmadan Qəzza üçün real həll yolu yoxdur", – deyə o bildirib.

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə Qəzza zolağının təxminən 2 milyon sakininin Misir və İordaniyaya köçürülməsini təklif edib. Lakin ABŞ və Yaxın Şərqdə ictimaiyyətin etirazlarından sonra bu ideyadan geri çəkilib.

Katsın sözlərinə görə, Tramp "öz ideyasından imtina etməyib, sadəcə ərəb ölkələrinin təzyiqi ilə onu dondurub".

"Lakin plan ləğv edilməyib və hətta hazırda da daim müzakirə olunur. HƏMAS-ın ABŞ-nin Qəzza ilə bağlı sülh planı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi aydınlaşdıqda, hərbi, ərazi və digər istiqamətlərdə irəliləmək üçün yaşıl işıq alacağıq", – deyə İsrailin müdafiə naziri bildirib.

Oxşar xəbərlər

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər