Estoniyanın müdafiə naziri istefa verib
Far.Az xəbər saytı

Estoniyanın müdafiə naziri istefa verib


Estoniyanın müdafiə naziri Hanno Pevkur silah-sursatın satın alınması prosesində ciddi nöqsanların aşkarlanması fonunda istefa verib.

"Far.Az" xəbər verir ki, Pevkur Estoniya Dövlət Televiziyasının (ERR) "Aktual kamera" proqramında bildirib ki, Dövlət Nəzarətinin Estoniya Müdafiə Qüvvələrinin və Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKIK) fəaliyyəti ilə bağlı aşkarladığı nöqsanlar siyasi məsuliyyətin üzərinə götürülməsini zəruri edib.

"Mən bu məsuliyyəti öz üzərimə götürməyə hazıram, onu qəbul edirəm və baş nazir [Kristen Mixal] yeni müdafiə naziri tapmalıdır", - deyə o qeyd edib.

ERR-in məlumatına görə, Estoniya Ukrayna üçün mərmi almağı planlaşdırıb və bununla bağlı İtaliyanın "Datasel S.R.L." şirkətinə təxminən 70 milyon avro avans ödənişi edib.

Sonradan məlum olub ki, şirkət faktiki olaraq formal qurum olub və Hindistan biznes ailəsi tərəfindən idarə edilib. Ödənilən vəsaitin hara getdiyi isə məlum deyil.

Qeyd olunub ki, Estoniya mərmilərin əvəzinə yalnız yeni vədlər alıb.

Məsələnin həlli üçün Tallin artıq Strasburqdakı Avropa Arbitraj Məhkəməsinə müraciət edib. Mübahisəyə həmin məhkəmədə baxılacaq.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər