"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi Norveçin "Vikinq" klubu "transfer pəncərəsi"nin son günündə heyətini 3 yeni futbolçu ilə gücləndirib.
"Report" Norveç təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Essyen Bassey, Erik Botheym və Henrik Byordalı heyətinə cəlb edib.
19 yaşlı niderlandlı müdafiəçi E.Bassey PSV klubundan transfer olunub. O, 2022-ci ildən Eyndhoven təmsilçisində çıxış edib. Gənc oyunçu Niderlandın aşağı yaş qrupları üzrə millilərinin də formasını geyinib.
İsveçin "Malmö" klubundan transfer edilən hücumçu E.Botheym isə sözügedən ölkənin çempionatında keçirdiyi 19 matçda 10 qol vurub.
29 yaşlı H.Byordal Norveçin digər təmsilçisi "Volerenqa"dan transfer olunub.
Hər üç futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Vikinq" - "Sabah" matçı noyabrın 4-də baş tutacaq.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
"Yandex" axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb













