Azərbaycan Çin institutu ilə birgə enerji şəbəkəsinin inkişafı üzrə Yol Xəritəsi hazırlayır
Far.Az xəbər saytı

Azərbaycan Çin institutu ilə birgə enerji şəbəkəsinin inkişafı üzrə Yol Xəritəsi hazırlayır


Azərbaycanın Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə apardığı birgə tədqiqat ölkənin enerji infrastrukturunun inkişafı üzrə Yol Xəritəsinin formalaşdırılmasına imkan verəcək.

"Far.Az" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.

O xatırladıb ki, bu il aprelin 6-da EPPEI ilə enerji şəbəkəsinin hərtərəfli təhlilinin aparılması ilə bağlı saziş imzalanıb:

"Tədqiqat çərçivəsində iki əsas modelləşdirmə alətindən istifadə edilib: generasiya və iqtisadi dispetçerləşdirmənin modelləşdirilməsi üçün PLEXOS, həmçinin şəbəkənin statik və dinamik dayanıqlığını qiymətləndirmək üçün "DIgSILENT PowerFactory". Tədqiqat 22 müxtəlif ssenarini əhatə edir. Gözlənilən nəticə şəbəkənin inkişafına dair hərtərəfli yol xəritəsi olacaq və bu optimal qoşulma nöqtələrini və şəbəkə infrastrukturunun gələcəkdə gücləndirilməsinə olan ehtiyacları müəyyənləşdirməyə kömək edəcək".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər