AP deputatları Avropa Komissiyasının uşaqların müdafiəsi ilə bağlı addımlarını tənqid edib
Far.Az xəbər saytı

AP deputatları Avropa Komissiyasının uşaqların müdafiəsi ilə bağlı addımlarını tənqid edib


Avropa Parlamentinin bir qrup deputatı yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı Avropa Komissiyasının fəaliyyətini tənqid edib və ABŞ-də "Meta" şirkətinin bu yaxınlarda əlavə təminatlar təqdim etməsi fonunda Komissiyanın tədbirlərini gecikmiş adlandırıb.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, Stefani Yon-Korten və daha 51 deputat Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni eyni vaxtda bir neçə sosial şəbəkəyə sahib olan "Meta"ya qarşı Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində 2024-cü ildə başlanmış təhqiqatı sürətləndirməyə çağırıb.

Deputatlar amerikalı uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən avropalı uşaqlara nisbətən daha yüksək səviyyədə qoruna biləcəyindən narahatdılar.

Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye bu ittihamları rədd edib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti "Meta" ilə yalnız ayrı-ayrı təhlükəsizlik tədbirlərini nəzərdə tutan razılaşma əldə edib.

Renye "Meta"nın amerikalı uşaqlara müəyyən əlavə zəmanətlər verdiyini etiraf edib, lakin qeyd edib ki, şirkət Aİ-də asılılıq yarada bilən və uşaqlar üçün "həddindən artıq zərərli" olan xidmətlər təklif olunur.

Renyenin sözlərinə görə, "Meta"nın uşaqların qorunması üçün ayrı-ayrı funksiyaların tətbiqinə nail olmağı kifayət deyil. DSA çərçivəsində təhqiqat asılılığın formalaşmasına səbəb ola biləcək sosial şəbəkələrin baza dizayn elementlərinə, o cümlədən sonsuz sürüşdürmə, məzmunun avtomatik oynadılması və "push"-bildirişlərə cəmlənib.

"Bizim üçün əhəmiyyət kəsb edən budur və Avropada məhz bu dəyişməlidir", - o bildirib.

Renye bildirib ki, "Meta" Avropa Komissiyası ilə qarşılıqlı əlaqəni davam etdirir, lakin hələlik işin bağlanmasına imkan verəcək tədbirlər təqdim olunmayıb.

Oxşar xəbərlər

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər