Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb
Far.Az xəbər saytı

Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb


ABŞ-nin Prezident Administrasiyası Kanada ilə ticarət danışıqları zamanı rəsmi Ottavadan Çin mallarının Kanada vasitəsilə ABŞ-yə tranzit keçməsinin qarşısını almaq üçün tarifləri artırmasını tələb edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.

"Komandamız dedi ki, əgər sizə tariflərdə ən çox əlverişli ölkə statusu versək, ticarət etdiyimiz hər hansı digər ölkədən daha yaxşı bir razılaşma verəcəyik. Siz Çinin ABŞ-ni Kanada vasitəsilə mallarla doldurmaq üçün tranzitdən istifadə etməsinə icazə verə bilməzsiniz. Buna görə də, siz, Kanada, Çinə qarşı tarifləri artırmalısınız", - o deyib.

Uolts əlavə edib ki, Vaşinqton Meksikaya da oxşar tələb irəli sürüb və Meksika hakimiyyəti də razılaşıb.

Qeyd edək ki, ABŞ ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir ötən həftə Ottavanın Vaşinqtonun əlverişli ikitərəfli ticarət razılaşması hesab etdiyi məsələdən imtinasını bildirib.

Bununla əlaqədar olaraq, ABŞ-nin Kanada idxalının müəyyən kateqoriyalarına 50 % tarifləri 22 avqustda qüvvəyə minib. Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarının dayandırıldığını təsdiqləyib və cavab tariflərinin tətbiq olunduğunu elan edib. Tariflərin 8 sentyabrda qüvvəyə minməsi gözlənilir.

Daha sonra ABŞ Prezidenti Donald Tramp 1 yanvar 2027-ci ildən etibarən Kanada avtomobillərinə, avtomobillərinin ehtiyat hissələrinə və poladına 50 % tarif tətbiq etmək planlarını açıqlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər