Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ
Azərbaycanda məktəblərdə kişi müəllimlərin sayının az olması uzun illərdir diqqət çəkən məsələlərdəndir. Elm və Təhsil Nazirliyinin məlumatına görə, ümumi təhsil müəssisələrində təxminən 19 min kişi müəllim çalışır və onlar pedaqoji heyətin cəmi 15 faizini təşkil edir.
Far.Az-in məlumatına görə, rəsmi məlumatlar məktəblərdə qadın müəllimlərin üstünlük təşkil etdiyini göstərir. 2024-cü ilin statistikasına əsasən, ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi qadın, 17,3 faizi isə kişi olub.
Ekspertlər və beynəlxalq araşdırmalar bu vəziyyətin bir neçə səbəblə bağlı olduğunu bildirirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmalarında əməkhaqqının cəlbediciliyi, peşənin sosial statusu, karyera imkanları və gender stereotipləri əsas amillər sırasında göstərilir. Kişilərin daha yüksək gəlirli sahələrə üstünlük verməsi də müəllimlikdə gender balansına təsir edən səbəblərdən biri hesab olunur.
Dünyada vəziyyət
Dünyada bu göstəricilər ciddi fərqlənir. Məsələn, Liberiyada kişi müəllimlərin payı 93,3 faizlə ən yüksək göstəricilərdən biridir. Əksinə, Ermənistanda kişi müəllimlərin payı 11,3 faiz təşkil edir. Türkiyədə isə orta təhsil müəllimlərinin təxminən 44 faizi kişi, İranda isə 50,7 faizi kişidir.
OECD ölkələrində də qadın müəllimlər üstünlük təşkil edir. Təşkilatın məlumatına görə, aşağı orta təhsil pilləsində müəllimlərin orta hesabla 68 faizi qadınlardır. Yaponiyada bu göstərici 44 faiz olduğu halda, Latviyada 83 faizə çatır.
Qeyd edək ki, Azərbaycanda müəllimlik peşəsində qadınların payı bir sıra ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Mütəxəssislərin fikrincə, burada əsas məsələ qadın müəllimlərin çoxluğu deyil, müəllimlik peşəsinin kişilər üçün də daha cəlbedici hala gətirilməsi və gender balansının yaxşılaşdırılmasıdır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
"Şamaxinka"dan Biləcəri enən yol bağlanacaq
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb













