Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib
Far.Az xəbər saytı

Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib


Bakı və Astana nəqliyyat-logistika əməkdaşlığının inkişaf perspektivlərini və Qazaxıstan enerji resurslarının Azərbaycan ərazisindən tranzitini müzakirə ediblər.

"Report" Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, müzakirələr Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel ilə görüşü zamanı baş tutub.

Tərəflər Ələt limanında birgə intermodal terminalın tikintisi, Qazaxıstan lokomotiv və vaqonlarının Azərbaycana tədarükü, Bakı Gəmiqayırma Zavodunda Qazaxıstanın ehtiyacları üçün gəmilərin inşası, həmçinin Hövsan limanındakı birgə Bakı Taxıl Terminalının gələcək inkişafı məsələlərini nəzərdən keçiriblər.

Bundan əlavə, tərəflər Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisindən tranzitinin artırılmasını, həmçinin ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlığı müzakirə ediblər.

2024-cü ildə yaradılmış birgə investisiya fondundan istifadə etməklə birgə layihələrin həyata keçirilməsinə, iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər qeyd ediblər ki, birgə istehsal müəssisələrinin yaradılması ölkələr arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək.

A.Bayel ikitərəfli münasibətlərin yüksək dinamikasını qeyd edib və ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səviyyəsinin yüksəldilməsinə dair Qazaxıstanın təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

S.Şərifov isə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bütün lazımi səyləri göstərəcəyini bəyan edib.

Bu ildən komissiyanın həmsədrləri Qazaxıstan Baş nazirinin birinci müavini Nurlıbek Nəlibayev və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovdur.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər