Windows 11-in yeni funksiyası oyunların sürətini azalda bilər
Windows 11 əməliyyat sisteminə əlavə ediləcək yeni yaddaş qoruma funksiyasının bəzi kompüterlərdə, xüsusilə oyunlarda performansın aşağı düşməsinə səbəb ola biləcəyi bildirilib.
Far.Az xəbər verir ki, bu barədə "MakeUseOf" məlumat yayıb.
Məlumata görə, "Microsoft" Windows 11 istifadəçiləri üçün Memory Integrity (Yaddaşın bütövlüyü) funksiyasını daha geniş şəkildə tətbiq etməyə hazırlaşır. Funksiya potensial təhlükəli kodların və drayverlərin Windows nüvəsi səviyyəsində işə salınmasının qarşısını almaq məqsədi daşıyır.
"Memory Integrity" Virtualization-based Security (VBS) texnologiyası əsasında işləyir. Sistem kodu işə salınmazdan əvvəl yoxlamaq üçün təcrid olunmuş mühit yaradır. Bununla zərərli proqramların əməliyyat sisteminin vacib komponentlərinə nəzarət əldə etməsinin qarşısı alınır.
Lakin təhlükəsizlik funksiyasının cihazın resurslarına əlavə yük yaratdığı qeyd olunur. Bu səbəbdən bəzi oyunlarda və yüksək performans tələb edən proqramlarda kompüterin sürətinin aşağı düşməsi mümkündür.
Məlumata görə, funksiya bəzi yeni kompüterlərdə artıq aktivdir. Əgər "Memory Integrity" əvvəllər deaktiv edilibsə, yeni yeniləmənin onu avtomatik aktivləşdirməyəcəyi bildirilir.
Funksiyanı deaktiv etmək üçün "Windows Security" → "Device Security" → "Core Isolation" → "Memory Integrity" bölməsinə keçmək mümkündür.
Yeni qoruma funksiyasının olduğu yeniləmənin oktyabr ayından etibarən yayılacağı gözlənilir.
Oxşar xəbərlər
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
-
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
-
Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
-
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Avropa çempionatı: Azərbaycan cüdoçuları ikinci yarış gününü mükafatsız başa vurublar













